Kürdəmirdə 2 mərtəbəli ev tamamilə YANDI

Kürdəmirdə ikimərtəbəli fərdi yaşayış evi yanıb.

Haqlı.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Həmzə Məhərrəmli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 61 yaşlı İlham Əbülfəz oğlu İsmayılova məxsus ümumi sahəsi 260 kvadratmetr olan ikimərtəbəli evin 212 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına elektrik xəttində yaranan qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin