Xarici beyin mərkəzlərinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar

Şuşada keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Haqlı.az xəbər verir ki, nümayəndə heyətinə hava limanının cəmi 8 ay ərzində tikildiyi və ən yüksək beynəlxalq standartlara cavab verdiyi bildirilib, onun fəaliyyəti haqqında məlumat verilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib.

Uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayanır. Hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqla təchiz olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin