Bərdədə zibillikdən anlaqsız vəziyyətdə qadın aşkarlanıb

Bərdədə yerləşən zibilliklərdən birində anlaqsız vəziyyətdə olan orta yaşlı qadın aşkarlanıb.

Haqlı.az-ın məlumatına görə, qadın vətəndaşların müraciətindən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda anlaqsız vəziyyətdə olan qadın həkim nəzarətindədir.

Onun kimliyi barədə heç bir məlumat yoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin