Qarabağda Aİ-nin dəstəyi ilə aqroturizmin inkişafı üçün layihələr icra oluna bilər

“İşğaldan azad edilən ərazilərdə Avropa İttifaqının dəstəyi ilə aqroturizmin inkişafı bağlı layihələr icra oluna bilər”.

Haqlı.az xəbər verir ki, bunu “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”nin bağlanış konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, qarşıdakı illər üçün əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və yenidən qurulmasıdır. Həmin ərazilərin kənd təsərrüfatı potensialı da yüksəkdir.

Nazir müavini həmçinin əlavə edib ki, Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi münaqişədən əziyyət çəkmiş Ağdam, Bərdə və Tərtərdə kənd yerlərinin inkişafı üzrə yeni layihə ilə bağlı dəstək göstərib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin