Hadrutda Pasxa bayramı qeyd olunub

Azərbaycan Alban-Udi xristian dini icması üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

Haqlı.az-ın xəbərinə görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Səfərin məqsədi Pasxa bayramının işğaldan azad olunmuş ərazidəki dini məbəddə qeyd edilməsidir.

İcma nümayəndələri qəsəbədəki məbəddə dualar edib, şamlar yandırıblar. Nümayəndə heyəti torpaqların bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhuna da dualar oxuyub, Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin