Lənkəran və İsmayıllıda kənd inkişaf proqramı tətbiq ediləcək

“Azərbaycanda kənd inkişaf proqramı pilot olaraq Lənkəran və İsmayıllıda tətbiq ediləcək”

Haqlı.az xəbər verir ki, bunu AKİA-nın Layihələr və Proqramlar şöbəsinin müdiri Fərid Əmirov deyib.

O bildirib ki, Avropa İttifaqının Azərbaycanda mövcud kənd təsərrüfatı yerlərinin inkişafı ilə bağlı qiymətləndirilməsi hesabatı hazırlanıb. Burada Aİ-nin kənd yerlərinin inkişaf proqramlarının çərçivə elementlərinin Azərbaycanda necə istifadə ediləcəyi göstərilib. Pilot kənd yerləri olaraq Lənkəran və İsmayıllı seçilib. Kənd inkişaf tədbirlərinə aqroturizm, kiçik fermerlər arasında əməkdaşlıq, kənd yerləri üçün əsas xidmətlər, təsərrüfatların məsləhət xidmətləri, kəndlərdə texniki baxımın bərpası və mədəni irsin yaxşılaşdırılması aiddir. O əlavə edib ki, bu tədbirlər çərçivəsində əsas hədəf kiçik və orta fermerlik təsərrüfatlarının inkişafına nail olmaq və onların iqtisadiyyata töhfəsini artırmaqdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin