Qarabağ bərpa olunan enerji mənbələri üzrə böyük potensiala malikdir

Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir.

Haqlı.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Rusiya tərəfinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iki layihə ilə bağlı ilkin məlumat verilib.

“Laçın və Kəlbəcər rayonlarında 100 meqavat gücündə yerüstü külək elektrik stansiyasının layihəsi, eləcə də Tərtərçay üzərində ümumi gücü 20 meqavat-a qədər olan kiçik su elektrik stansiyalarının layihəsi. Elektrik enerjisinin tədarükü stabildir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” beynəlxalq enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işlər davam etdirilir. Svop tədarükü müqaviləsinə uyğun olaraq qarşılıqlı qaz tədarükü davam edir”,- deyə Şahin Mustafayev qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin