ÜST Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanla yaxından əməkdaşlığa hazırdır

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir.

Haqlı.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge deyib.

Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən Hans Kluge bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.

Hans Henri Kluge qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır.

Vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin