“Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adı verilsin”

“Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adını verilməsi qaldırılıb”.

Haqlı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı ona müraciətlər edib. Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə Azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Njdeyə, Andranik Ozanyana qarşı mübarizə aparan Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adının verilməsi təklif olunub: “Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edirəm”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin