Zarıslı çayı üzərində Zəfər su anbarının tikilməsi təklif edilib

Zarıslı çayı üzərində Zəfər su anbarının tikilməsini təklif etmişik.

Haqlı.az xəbər verir ki, bu barədə texnika elmləri doktoru, hidroloq alim Əhməd Məmmədov Coğrafiya İnstitutunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu, əsasən turizmin inkişafına xidmət edəcək: “Zəfər su anbarının tutumu 10 mln. kub metr olacaq. Bu anbar turizm və balıqçılıq üçün istifadə olunacaq”.

Alim həmçinin deyib ki, Şuşanın su ehtiyacının təmin edilməsi üçün Zarıslı çayı üzərindəki anbarın tikintisinin layihəsi artıq hazırlanır. Yayda müvəqqəti tədbirlər layihəsi yekunlaşdırılacaq.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin