Gürcüstan səfiri Qaxda Pasxa mərasimində iştirak edib

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və səfirliyinin nümayəndə heyəti 23-24 aprel tarixlərində Qaxa səfər edib.

Haqlı.az-ın xəbərinə görə, bu barədə Gürcüstan səfirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Zurab Pataradze səfər zamanı Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə görüşüb. Tərəflər iki ölkənin regionları arasında əməkdaşlığın perspektivlərini və azərbaycanda yaşayan gürcülərlə bağlı məsələləri müzakirə ediblər.

Səfər zamanı Zurab Pataradze Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Mədəniyyət Mərkəzinə də baş çəkib.

Qeyd olunub ki, aprelin 23-də Azərbaycanda yaşayan gürcülərlə səfirlik nümayəndələri arasında görüş keçirilib, sakinlərə konsulluq məsələləri, eləcə də pandemiya səbəbə ilə Gürcüstan-Azərbaycan quru sərhədlərində tətbiq edilən qaydalarla bağlı əhaliyə məlumat verilib.

Səfirlik yerli sakinlərə humanitar məqsədlə ərzaq bağlamaları da paylayıb.

Səfir Zurab Pataradze aprelin 23-də Qaxdakı müqəddəs Giorgi Kilsəsində keçirilən Pasxa mərasimində iştirak edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin