Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Füzuliyə səfər ediblər

Qazaxıstan kütləvi informasiya vasitələrinin təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Haqlı.az-ın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, qonaqlar səfər zamanı dağıdılmış dini abidələr, qəbiristanlıq və kəndlər, həmçinin, yeni inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin