Seperatçılar Xankəndidə hərəkətə KEÇDİ – Növbəti HƏYASIZLIQ

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni separatçılarının başçısı Araik Arutyunyan “parlament” qüvvələrinin iştirakı ilə aprelin 13-də təcili iclas keçirib.

Haqlı.az xəbər verir ki, görüş Qarabağda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin xahişi ilə keçirilib.

“Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 13-də Ermənistan Milli Assambleyasında Qarabağın statusunun aşağı salınması ilə bağlı bəyanatı ciddi narahatlıqlara səbəb olub”, – deyə, məlumatda ​​deyilir.

“Bizim cəmiyyətimiz çox aydın tələblər irəli sürür, biz onları maraqlı və hərtərəfli müzakirələr təşkil etməklə yerinə yetirməliyik”, – deyə Qarabağ separatçılarının başçısı bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin