İsrailin “Symba Group” şirkətinin nümayəndələri dünən Ağdama səfər edib.
Haqlı.az xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunun tviter səhifəsi məlumat yayıb.
Qonaqlar Cümə məscidi, İmarət kompleksi və erməni vandalizmi nəticəsində dağıdılmış digər abidələrlə tanış edilib və onlara aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Qeyd edək ki, “Symba Group” ötən əsrin 50-ci illərində yaradılmış tikinti şirkətidir.