Naxçıvanda keçirilən komanda-qərargah təlimi başa çatıb – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq keçirilən komanda-qərargah təlimi başa çatıb.

Əlahiddə Ümumqoşun Ordudan verilən xəbərə görə, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən komanda-qərargah təliminin sonuncu mərhələsində döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə bölmələrin qarşılıqlı fəaliyyəti koordinasiya edilib, qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, birləşmə və hissələrin fəaliyyətləri, qərarların və hesablamaların reallığı kompüterlər vasitəsilə qiymətləndirilib.

Təlimin son mərhələsində şərti düşmənin terror qruplaşmalarının zərərsizləşdirilməsində uzlaşmış fəaliyyətlərə nail olunduğu bildirilib, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin