Xocavənddə silah-sursat aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidmət apararkən erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb və aidiyyəti üzrə təhvil veriblər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin