Göygöldə “Azərsu” ASC-nin əməkdaşı iş başında ölüb

Göygöldə 39 yaşlı kişi ürəktutmasında vəfat edib.

Haqlı.az-ın məlumatına görə, hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb.

Qurumun əməkdaşı 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pişləşib yıxılıb.

Dərhal təcili yardım çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən edib.

Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin