ABŞ Səfirliyi Lənkəranda Amerika Guşəsinin açılışını qeyd edir

ABŞ-nin Azərbaycandakı səfirliyi aprelin 1-də Lənkəran Dövlət Universitetində yerləşən Lənkəran Amerika guşəsini açmasından məmnundur. Açılış mərasimində səfir Litzenberger iştirak edərək yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan Amerika guşəsinin əhəmiyyəti barədə qısa məlumat verib. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov da tədbirdə çıxış etdi. Lənkəran Amerika guşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq. Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır.

Səfir Litzenberqerqeyd etmişdir ki, “Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq.”

“İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq.

Biz yerli əhaliyə yerli turizm biznesin genişlənməsindən faydalanmağa və onun idarə etməsinə kömək etmək məqsədi ilə Şəki gənclərinə məktəbdən kənar ingilis dili təlimini təklif edirik.

İcra başçısının müavini Mikayıl Cəfərzadə də tədbirdə çıxış etmişdir.

Amerika Məkanları (American Spaces) proqramı Azərbaycan Dillər Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmaz və Şəkidə yerləşən, indi isə Lənkəranda açılacaq Amerika güşələrini birləşdirir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Maker Space-də (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

Lənkəran Amerika Mərkəzi haqqında ətraflı məlumat əldə etmək üçün https://www.facebook.com/LənkaranACr Facebook səhifəsinə daxil olun və ya 488 3300, x3617 nömrəli ABŞ səfirliyinin Məlumat Mərkəzi ilə əlaqə saxlayın.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin