Moldova parlamentinin sədri: “Şuşadan mədəniyyət qoxusu gəlir”

“Şuşaya səfərdən sonra ikili təəssüratım oldu”.

Haqlı.az-ın xəbərinə görə, bunu Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.

Parlament sədri deyib ki, Şuşada bu qədər dağıntılar görmək kədərlidir: “Bu, həm də insan taleyi və əzab deməkdir. Digər tərəfdən, mən Şuşaya böyük investisiya qoyulduğunun şahidi oldum. Şəhərdə sürətlə restavrasiya işləri aparılır. Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bu, mənəvi baxımdan dirçəlişin yeni mərhələsidir. Şuşada muzeylərdə olduq, burada hər yerdən mədəniyyət qoxusu gəlir. Sakitlik, hava, dağlar çox gözəldir. Ona görə bu torpağın insanları musiqi, poeziya sahəsində istedadlı olmalı idilər və istedadlı olublar”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin