Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Haqlı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin