Söyüşcül bloqerlərin xaç atası Əli Kərimli və müxalifətin mafioz “DAYDAYLARI”-ARAŞDIRMA

AXCP sədri Əli Kərimli Azərbaycan siyasətinin ən intriqabaz, ən münafiq və ən qaranlıq keçmişi olan siyasətçilərindən birincisidir. Bu adam Azərbaycan siyasi arenasına satqınlığı, ləyaqətsizliyi gətirib və ağalarının əmrinə əsasən, bunu çox həvəslə davam etdirir. Kərimli bir zamanlar rəhbərlik etdiyi partiyanın lideri Əbülfəz Elçibəyə belə xəyanət edib, onun siyasi irsini necə deyərlər tarimar edib.

Artıq hamıya məlumdur ki, Kərimlinin Azərbaycan siyasətində əsas “ilhamvericisi” Ramiz Mehdiyev, Əli Həsənov kimi 5-ci kolon mənsubları olub. Bu intriqabaz siyasətçi illərdir ki, Ramiz Mehdiyevin direktivlərini canla-başla yerinə yetirir. O, Əbülfəz Elçibəyə xəyanət edərkən, şübhəsiz ki, yenə də Ramiz Mehdiyevin göstərişlərinə uyğun hərəkət edib. Bir çox cəbhəçilər Kərimlinin dələduz (moşennik) olduğunu vaxtında dərk edib onu tərk etdilər. Məsələn, Qüdrət Həsənquliyev bir dəfə AXCP Rəyasət Heyətinin iclasında bu adama hamının gözü qarşısında “moşennik” deyib.

Fotoda: Qüdrət Həsənquliyev

Asil Mollazadə, Asəf Quliyev, Nizami Quliyev, Qulamhüseyn Əlibəyli və başqa siyasətçilər Kərimlinin siyasi tərbiyəsizliyinə dözə bilməyib onu tərk etdilər. Əli Kərimli öz iyrənc siyasi məqsədləri üçün antiAzərbaycan mövqeyində duran bütün mərkəzlərlə “fəal” əməkdaşlıq edib. Bu yaramaz siyasi persona Qərbə, Rusiyaya, hətta İrana da işləyib.

Qərb bu nadürüstü tanıdıqdan sonra ondan əl çəkib. Əvəzində, Kərimli Azərbaycanda hakimiyyət dəyişikliyi edərək qanlı inqilab həyata keçirmək üçün Rusiya ilə işləyib. 2013-cü il prezident seçkilərində Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovun ətrafında birləşmək də elə Kremlin maraqlarına xidmət etmək idi. Daha sonra bu adamın İranın Azərbaycandakı “əllərindən” biri Taleh Bağırzadəyə qucaq açması da eyni ssenarinin tərkib hissəsi idi.

Fotoda: Taleh Bağırzadə

Hər nə qədər Əli Kərimli bunu inkar etsə də, artıq hər şey məlumdur. “Yurd şefi” lazım gələndə Moskvaya, yeri gələndə də Tehrana oyuncaq olmağa razı olur. Bu simasız siyasətçi pul üçün hər oyuna getməyi bacarır; illərdir Avropaya yerləşdirdiyi “siyasi mühacirlərin”-in vasitəsiylə özünə müxalif lider obrazı düzəldir, söyüş söyən bloqerlər vasitəsilə dövlətə qarşı hər xəyanətə qol qoya bilir.

Avropada yaşayan Qabil Məmmədov, Manaf Cəlilov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Vidadi İsgəndərli kimi söyüş söyən mühacirlər də Əli Kərimlidən mənəvi dəstək görürlər. Kərimli bunu inkar etsə də, həqiqət ortadadır. Bu tərbiyəsiz partiya sədri və onun Fransadakı sağ əli Qənimət Zahid də ayrı-ayrı oliqarxlarla bərabər bu söyüş kampaniyasının içindədirlər.

Fotoda: Qənimət Zahid

Hətta Avropada “moşennik” mühacirlər kimi tanınan separatçı Azər Kazımzadə, Seyran Rəfiyev kimi buqələmunlar da Əli Kərimlini özlərinə “xaç atası” kimi görürlər. Niderlandda yaşayan Seyran Rəfiyev öz separat düşüncələrini heç vaxt gizlətmir. Rəfiyevin qardaşı Azərbaycanda bizneslə məşğul olur və hər ay Avropadakı söyüş söyən bloqerlərə pul göndərir. Bunu biz yox, Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov deyir. Pərviz adlı adam Avropada yaşayan söyüş söyənlərə pul kartı vasitəsilə hər ay 1000-2000 avro pul göndərirmiş. Məhəmməd Mirzəli də bu işin içində imiş. Əlbətdə, bütün bu faktları Avropa ölkələrinin hüquq mühafizə orqanları araşdıracaq. Tural Sadıqlı, Azər Kazımzadə, Qənimət Zahid kimi millətini 5 qəpiyə satan insanlar mütləq buna cavab verəcək.

Avropadakı bu separatçıların, söyüş söyənlərin xəyanətləri keçmiş səfir Eldar Həsənovun həbsindən sonra başladı. Eldar Həsənov bu xainlərin Avropadakı ağsaqqalı idi. Yəni şəbəkənin əsl lideri Həsənov idi.

Fotoda: Eldar Həsənov

Qənimət də Eldar Həsənovu çox yaxşı tanıyır və ondan az pul almayıb. Şəbəkənin başında Eldar Həsənov, Əli Kərimli, Cəmil Həsənli kimi siyasətçilər var. Maraqlıdır ki, Bakıda lüstür biznesi ilə məşğul olan Pərviz adlı adamın İranla da əlaqələri var. Dolayısıyla, başda Qənimət olmaqla Əli Kərimlinin Avropadakı saxta siyasi mühacirləri İrandan maliyyələşirmiş. Bir vaxtlar Azərbaycan prokurorluğu AXCO, Milli Şuranın Hizbullahdan maliyyələşdiyini deyəndə buna inanmayanlar olmuşdu. İndi hər şey məlumdur.

Gördüyünüz kimi, Əbülfəz Elçibəyə xəyanət etmiş, bütün siyasi karyerası boyu Ramiz Mehdiyevin qulluğunda olan Əli Kərimlinin iç üzü açılıb. Kərimli söyüş söyən bloqerlərdən, saxta siyasi mühacirlərdən ayrı olduğunu desə də, artıq hər şey gün kimi aydındır.

Azərbaycan dövlətçiliyinə xainlik edən Əli Kərimli “mədəni ölü”  kimi qəbul olunmalıdır. Bu adamı həbs etmək onun üçün ən böyük hədiyyə olardı…

“Kainat Analitik İnformasiya Mərkəzi”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin