Amerikalı Harri Trumenin “ŞAH ƏSƏRİ” – Xiroşima və Naqasaki GENOSİDİ / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

O, orta məktəb məzunu idi, heç ikinci dünya müharibəsində də iştirak etməmişdi. Sələfi Franklin Ruzvelt 1945-ci il aprelin 12-də beyin qanamasından öldükdən sonra vitse prezident kimi onu əvəz etdi. Bəli, bu, Harri Trumen idi. Bu o Trumen idi ki, Yaponiyanın hətta məğlubiyyəti etiraf etməsinə baxmayaraq, Xiroşima və Naqasaki şəhərlərinə iki atom bombası atdı.

Harri Trumen bu niyyətini Potstam konfransında İngiltərənin baş naziri Uinston Çörçilə və Yalta konfransında, Levadiya sarayında İosif Stalinə də pıçıldamışdı.

Trumen yenicə prezident olmuşdu ki, sələfi Ruzveltin hərbi naziri Henri Stimsonun “Manhattın Proyekt”-indən xəbərdar olmuşdu. İş onda idi ki, Trumen iki dəfə Ruzveltlə görüşməsinə baxmayaraq, bu proyektdən prezident öldükdən sonra xəbər tutmuşdu. Bu proyektin əsas mahiyyəti gənc alimlərin hazırladığı atom silahı idi.

Onlar bu silahı 1945-ci ilin 16 iyulunda sınaqdan keçirmişdilər. Elə ona görə də istəyirdilər ki, silah heç vaxt istifadə olunmasın.

Lakin, Harri Trumen alimlərin bu istəyini nəzərə almadı. Prezidentin arqumenti bu idi ki, yaponlar 1941-ci ilin 7 dekabrında Havay adalarındakı Perl Harbora hücum ediblər. Trumenə görə, yaponlar cəzalandırılmalıydılar və bunun üçün atom bombası yaxşı vasitə idi.

Trumen Yaponiyaya bomba atanda bu ölkədə qida və benzin qıtlığı vardı. Yəni, Yaponiyanın hayı gedib, vayı qalmışdı. Trumen də bunu bilirdi, ancaq gözünü gözüqıyıqlılara qaraltmışdı.

ABŞ o zaman öz Sakit Okean donanması ilə Yaponiyaya doğru irəliləyirdi. Yaponlar da kamikadze hücumlarla düşmənin qarşısını almaq istəyirdi. Bəli, kamikadze hücumlar Trumen üçün “göydəndüşmə” bəhanə oldu. Trumenin ikinci bəhanəsi də vardı. Artıq Avropada Hitlerin necə deyərlər işi bitmişdi. Məqsəd bundan sonra Yaponiya ilə döyüşərkən, daha az amerikalı əsgərin ölümünə nail olmaq idi. Hərçənd, Yaponiyanın təslim olmağı an məsələsi idi.

Yaponların bir şərti vardı: İmperator Hirohutonun qorunmasına zəmanət verilməsi. Ancaq Trumen gözünü qaraltmışdı və Yaponiyanı qeyd-şərtsiz cəzalandırmaq istəyirdi.

1945-ci ilin avqustun 15-də imperator Hirohito radiodan Yaponiyanın təslim olacağını bəyan etdi. Həmin ilin 2 sentyabrında Yaponiya təslim oldu. Duülas Makkartur Yaponiyaya gəldi. İmperator Hirohito Yaponiyanı təslim almağa gələn Makkarturun ayağına gəldi. Heç vaxt sarayından çıxmayan bir yapon imperatoru üçün bu, təhqir idi.

ABŞ-dakı alimlərin tələblərinə baxmayaraq, Trumen Xiroşima və Naqasakiyə atom bombalarının atılması əmrini verdi.

Nəticə: yüz minlərlə insan öldü və bir neçə il sonra yenə də eyni sayda insan atom silahının yaymış olduğu radiasiyadan can verdi.

Trumen həm də CİA (MKİ) yaradan siyasətçidir. Müasir tarixdə artıq təslim olmuş bir ölkəyə atom bombası atan da bir ABŞ prezidentidir. Maraqlıdır ki, atom bombasını atmadan əvvəl Trumen yaponların günün hansı saatında bayırda olacağını da hesaba qatmışdı. Xiroşima və Naqasaki faciələrində qoca, qadın, uşaq xeyli sayda yapon radiasiyadan öldü.

Bilirsiniz, bir şeyin ilk dəfə edilməsi həmişə çətindir. Ancaq “Pandoranın qutusu”-nun açılması bir çox mətləblərdən xəbər verir. Bəzən optimist insanlar düşünə bilər ki, bir daha belə faciə olmayacaq. Ancaq bir dəfə olan şeyin təkrarlanmayacağına da zəmanət yoxdur.

***

İndi Baydenin erməni “soyqırımı” məsələsini düşünərkən, onun ölkəsinin də az genosidlər etmədiyini məncə unutmamalıyıq.

Osmanlı imperiyasında 1915-ci illərdəki hadisələrin baş verməsini sübut edən dəlil, sübut yoxdur. Lakin, imperialist ABŞ-ın təkcə Xiroşima və Naqasakidəki cinayətləri yetərlidir.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin