“Ermənistan yenidən müharibəyə başlamaq üçün döyüşçü yığır” – “Moskovskiy komsomolets”dən ŞOK AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında atəşkəs olmasına baxmayaraq, münaqişə davam edir. Dağlıq Qarabağda ayrı-ayrı silahlı erməni qrupları Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərməkdə davam edir. Baxmayaraq ki, müqaviləyə əsasən silahlı dəstələrin fəaliyyət göstərdiyi ərazilər Azərbaycana təhvil verilməli idi. Lakin ermənilər silahı yerə qoymayaraq partizan müharibəsinə başlayıblar. Son günlər bəzi dəstələr mühasirəyə alınıb və əsir götürülüb. İndiyə qədər onların Azərbaycan hərbçiləri ilə toqquşmaları qısamüddətli toqquşmalar xarakteri daşıyır. Lakin separatçıların bir çoxu sona qədər döyüşməyə hazır olduqlarını bəyan edirlər.

Üçtərəfli razılaşmanın şərtlərinə görə, erməni qüvvələri dekabrın 10-dək bəzi əraziləri tərk etməli və onları Azərbaycan Ordusunun nəzarəti altına verməli idilər. Müxtəlif səbəblərə görə bir sıra yaşayış məntəqələrində bu, edilməyib. Bəzi hallarda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın ordu hissələri vaxtında mövqelərini tərk etməyi bacarmadı. Bir sıra milis bölmələri silahlarını qətiyyən yerə atmaq niyyətində olmadığını və partizan olaraq müqavimət göstərməyə davam edəcəklərini bəyan edirlər.

Çərşənbə axşamı internetdə çox sayda erməni əsgərinin Azərbaycan tərəfinə əsir düşməsini göstərən çoxsaylı videolar ortaya çıxdı. Videoların əksəriyyəti Hadrut bölgəsinin Çaylaqqala və Köhnə Tağlar kəndləri ərazisində çəkilib. Bir neçə gün ərzində bölgədə Azərbaycan qüvvələri ilə erməni ordusunun əsas qüvvələrdən ayrılmış dəstələri arasında qarşıdurmalar davam edib.

Erməni hərbçilərinin ayrı-ayrı qrupları 15 dekabrda Azərbaycan qoşunlarına təslim olmağa başlayıblar. Videoda 10 nəfərdən 50 nəfərədək əsir qrupları göstərilir. Erməni jurnalistlərin verdiyi məlumata görə, 60 nəfərədək adam əsir götürülüb. Digər mənbələr yüzlərlə məhbus haqqında məlumat verir. Ermənistan Müdafiə Nazirliyi məhbusların dəqiq sayını açıqlamayıb. Ancaq Hadrut bölgəsindəki bəzi bölmələrlə əlaqələrin itirildiyi bildirilib. Şöbə hərbi personalın axtarışı üzərində işlərini davam etdirdiklərini deyib. Bu açıqlamaya cavab olaraq itkin düşən əsgərlərin yaxınları İrəvanda Müdafiə Nazirliyinin binasını mühasirəyə alıblar.  Etirazlar Ermənistanın digər şəhərlərində də baş verib.

“Moskovskiy komsomolets”, 16 dekabr 2020

Tərcümə etdi: KONKRET.az 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin