“Erməni səngər qazır, müharibəyə hazırlaşır, Samir Şərifov isə maaşımızı kəsir”

Sosial şəbəkələrdə cəbhə xəttində xidmət edən hərbçilərin əmək haqlarının bir dəfə azadilması ilə bağlı xəbərlər yer alır. Əvvəl ön xəttə xidmət edən hərbi qulluqçuların əmək haqları arxa cəbhədə qulluq edənlərlə müqayisədə iki qat hesablanırdı.

Kaim.az-a verilən məlumatlarda qeyd edilir ki, maaşların azadılması rəsmi qərar olmadan həyata keçirilir. Halbuki, bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Həmin qərarın icrası isə Maliyyə Nazirliyinə həvalə edilməlidir. Lakin belə bir qərar və rəsmi açıqlama yoxdur.

Məlimat verən zabit bildirir ki, Maliyyə Nazirliyi maaşı əvvəl ikiqat verirdi. İndi isə hesab edir ki, atrəşkəsdir və bu məbləğ ikiqat azaldılmalıdır:

“Bəli, indi atəşkəsdir. Silahlar açılmır. Amma biz atəşkəs dövründə olduğu kimi erməni ilə üz-üzəyik, evimizə gedə bilmirik. Çünki erməni səngər qazır, müharibəyə hazırlaşır. Necə gedək evimizə? Samir Şərifov isə hesab edir ki, bölgəyə sülh gəlib.

“Evə gedə bilmiriksə, maaşımız niyə kəsilir?”

Hərbi ekspertlər bildirir ki, bu qərarın qəbul olunması normal kazarma şəraitində mümkündür. 8 saatlıq xidmət rejimi, kazarmaların müasirliyi, bütün normallaşdırılmış xidmət rejimindən sonra baxıla bilər bu məsələyə. İndiki şəraritdə mümkün deyil və çünki məhdud əməliyyatlar təhdidi aradan qalxmayıb.

İlqar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin