AXCP siyasi fəaliyyətinin ana xətti olan XƏYANƏTİN baş memarı – Əli Kərimli

Tarixə adını yazdıran rəhbərlər doğru zamanda doğru yerdə durmaqla yanaşı doğru qərar vermişdir. 27 sentyabrda verilmiş əks hücum əməliyyat əmri də zaman və tarix baxımından doğru seçilmişdir.

Həmçinin siyasətdə zamanlama həyati önəmə sahibdir. Ən yeni tariximizin siyasi bölümündə zamansız həmlələrlə gündəm yaradaraq efirdə qalmağa çalışan “komsomolçu” Əli Kərimli isə öz bacarıqsızlığını bir neçə gün bundan öncə yenə göstərdi. Belə ki, vətən müharibəsində şəhid olmuş şəxslərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına veriləcək müavinətlə bağlı tələm-tələsik münasibət bildirən Əli Kərimli bir daha kim olduğunu göstərdi.

Müxalifətçi olmaq ölkəni A-dan, Z-dək qara görmək, şər-böhtan atmaq, sosial şəbəkələrdə trollar saxlamaq, ölkə xaricində, əsasən də avropa ölkələrində söyüş mirzələri saxlamaq deyil. Bu sadaladıqlarımız Əli Kərimlinin siyasi fəaliyyətinin ana xəttini təşkil edir. Əli Kərimlilər sinfinin xəstə təffəkkürlü “müxalifətçilər” qisminin nəzərinə çatdıraq ki, müxalifətçi ölkə problemlərini göstərməklə yanaşı, onun çıxış yollarını göstərməli, dövlət naminə fəaliyyət planları qurmalı və partiyanın nizamnamə və əsasnaməsinə uyğun fəaliyyət göstərməli, sivil vasitələrdən istifadə edərək qanuni yollarla siyasi mübarizə aparmalıdır .

Təkcə bu gün Azərbaycana deyil, dünyaya siyasi plüralizm, azad rəqabətli iqtisadi münasibətlər, ədalət, demokratiya, bir sözlə insani dəyərlər lazımdır.

Çox da böyük olmayan, dəfələrlə parçalanan AXCP-ni şəxsi baqqalxanası hesab edən Əli Kərimli ölkəni demokratik yolla idarə edərmi? Əlbəttə, xeyir. Çünki, “dərnəyi” çirkin üsullarla idarə edən şəxs azad idarə etməni qəbul edə bilməz və bacarmaz. Yaxşı olardı ki, Kərimli Qulamhüseyn Əlibəylini, Qorxmaz Hüseynovu, Asəf Quliyevi və digər şəxsləri yadına salsın. Bu o şəxslərdir ki, uzun müddət Əli Kərimliyə inanıb siyasi mübarizə aparıblar və sonda Kərimlinin kim olduğunu bilib partiya sıralarını tərk ediblər. AXCP sədr müavini olmuş Asəf Quliyev partiyadan istefa səbəbini belə izah etmişdi:

“Milli Şuranın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranı Rusiyanın layihəsi adlandıranların və Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum… Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verirəm”.

Bu görünən izahın içində böyük xəyanət var və bu xəyanətin baş memarı Əli Kərimlidir. Son günlər rus ordusunun Azərbaycana gəlməsini xəyanət hesab edən Əli Kərimli, özün kimsən? Kimə xidmət edirsən?
Kim Rusiyaya nökərçilik edir? Cəmiyyətdə qarşıdurmalar yaratmaq məqsədi ilə dezinformasiyalar yaymaqda məqsədin nədir, cənab komsomolçu, Əli Kərimli?

Nə qədər gec deyil, yaxşı-yaxşı fikirləş. Tarixdə heç bir satqın uğur qazanmayıb. Sən də qazanmayacaqsan. Əbülfəz Elçibəyə xəyanət edib siyasətə gəldin. Azərbaycana xəyanət edib prezident olmaq istəyirsən. Birinci istəyində uğur qazandın. Unutma, ikinci istəyin olmayacaq. Artıq səni də, sənin kimi satqınları da xalqımız gözəl tanıyır.

“Kainat” Analitik İnformasiya Mərkəzi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin