“Postsovet məkanının ağası” qoca Baydeni “dişinə vurub” YOXLAYIR – TƏHLİL

Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir. 26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra bir sıra addımlar atıldı.

KAİM.az xəbər verir ki, politoloq Şahin Cəfərli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında maraqlı detallara toxunub. O Ukrayna məsələsi ətrafındakı hazırkı gərginliyi belə əsaslandırıb: “Birinci səbəb Ukrayna daxilində Putinin çox yaxın adamı Viktor Medvedçukun şəbəkəsini sıradan çıxarmaq və 5-ci kolonu əzmək istiqamətində başlanan əməliyyat-istintaq tədbirləridir. Dünənki aktyor Zelenskinin bu siyasəti Putinin xarizmasını zədələyir, “postsovet məkanının ağası” təbii ki, bundan xoşlana bilməz. Putin hazırda Vaşinqtondakı abu-havanı qoxlamağa, qoca Baydeni “dişinə vurub”, onun qərarlılığını, sərt addımlara hazır olub-olmadığını aydınlaşdırmağa çalışır və istisna deyil ki, bu məqsədlə Donbasda kiçik miqyaslı provokasiyalar törətsin.

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”

26 martda bu provokasiya törədildi, indi reaksiyaları izləyirik. İkinci səbəb Ukrayna hökumətinin Normandiya formatı çərçivəsində Putinin təmsilçisi Kozak tərəfindən irəli sürülmüş təklifləri rədd etməsidir. Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin