Lerikin deputatının toy-bayram sevgisi…

Bütün dünyanı, o cümlədən Azərbaycanı öz cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan, Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda, Lerikin Millət Vəkili İqbal Məmmədovun qalmaqallı “Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri görülür.

Koronavirusun (Covid 19) tüğyan etdiyi, hər gün onlarla can xəstəliyin qurbanı olduğu və həkimlərin həyəcan təbilinin ölkənin bir başından digərinə yayıldığı zaman Lerikin deputatı İqbal Məmmədov Relax istirahət və əyləncə mərkəzində çal-çağır qurub, yeni il şənliyi keçirmək eşqinə düşüb.

Bu məsələnin səhiyyə tərəfidir. Lakin, mənəvi tərəfi isə daha acınacaqlıdır. Lerik rayonu Vətən uğrunda 70-dən çox şəhid verdiyi halda, məsum canların 40-ı hələ çıxmazkən, ailələrinin yarası təzəikən bu nə vur çartlasın, bu nə toy bayramdır?!

Bu haqda Emil Cəfərov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib: Həqiqətən Azərbaycanın Qarabağın azadlığı uğurunda minlərlə şəhid verdiyi bir dönəmdə, neçə-neçə anaların gözləri yaşlı qaldığı bir zamanda, koronavirusun sürətlə yayıldığı bir zamanda sevinərək Yeni il şənliyinə hazırlaşmaq ən azından şəhidlərimizə hörmətsizlikdir.

Mətbuatda mütamadi olaraq Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzi rəsmi rəqəmlər turizm fəaliyyətilə bağlı vergidən yayınma hallarının olduğu haqda açıq şəkildə yazılar dərc olunsa da, bu istirahət mərkəzi Millət Vəkili İqbal Məmmədovun sayəsində hələ də fəaliyyət göstərməkdədir.

Hamımıza məlumdur ki, ötən il “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Həmçinin məlumata görə, istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov saxlanılıblar. Olanlara baxmayaraq, İqbal Məmmədovun düşdüyü bəlalardan rahat şəkildə çıxa bildi.

Əldə etdiyimiz məlumata görə, sözü gedən istirahət mərkəzi vaxtı ilə böyük söz-söhbətə səbəb olduğundan İqbal Məmmədov öz yaxının adından çıxardaraq başqa adamın adına keçirdib.

PS. İnanırıq ki, bizim bu yazımızdan sonra Tanınmış Millət Vəkili və iş adamı İqbal Məmmədov “Relax” istirahət mərkəzini “Yeni il şənliyi qeyd etmək sevdasından” çəkindirib Azərbaycan qanunlarına hörmətlə yanaşacaq!

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.
Lerikin deputatının toy-bayram sevgisi...

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin