Niyaməddin Musayevin vəziyyəti pisləşdi: Xəstəxanaya YERLƏŞDİRİLDİ

0
2

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

KAİM.az xəbər verir ki, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin