Nadir Qafarzadə onu tənqid edən izləyicilərini TƏHQİR ETDİ

22

Müğənni Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı “Cənnətdə görüşərik” sözləri sosial şəbəkədə tənqid edilib.

KAİM.az xəbər verir ki, ifaçı ünvanına təhqir yazanlara sərt cavab verib. Nadir video çəkərək izləyicilərini təhqir edib:

“Bəzi saytlar Baloğlan Əşrəfovla bağlı yazdığım statusu paylaşdı. Niyə “cənnətlik söhbətim” qloballaşdı? Niyə cənnətə düşməyək? Baloğlan müəllimə cənnət arzulamışam ki, ora düş. Biz də gələk orada görüşək. Bunu anlamaq çətindirsə, Allah sizə heç rəhmət eləməsin. Heç sizə cənnətə düşmək qismət olmasın. Ay bədbəxtlər, köksüzlər, düşüncəsizlər…

Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş. Həyatını yaşa. Baloğlan müəllimə dediyim “cənnətlik” sözü gözünüzə dəydi? Gedin papağınız varsa, qoyun, düşünün kimsiniz, nəçisiniz. Necə yaşayırsınız, ay boşluqlar, “qıjılar”, “çuşkalar”. Bu sözlər sizə aiddir. Sözüm o pislərədir, yaxşılarla işim yoxdur. Ölənlərə Allah rəhmət eləsin, başların götürüb bəzilərinin əlindən getdilər. Qınaqlardan, qeybətdən uzaqlaşdılar. Oturublar klaviatura arxasında, ancaq onun-bunun evini yıxırlar”. / musavat

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin