SON DƏQİQƏ! Nazirlikdən maaş artımı ilə bağlı AÇIQLAMA

0
9

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30 % artması ilə nəticələnib.

KAİM.az xəbər verir ki, əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 703 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63 %, dövlət sektoru üzrə 10 % təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10 % artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66 % (o cümlədən dövlət sektoru üzrə 85 %, özəl sektor üzrə 36 %) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81 % artıb. Artım özəl sektorda 87 %, dövlət sektorunda isə 76 % olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12 % (o cümlədən özəl sektor üzrə 18 %, dövlət sektoru üzrə isə 6 %) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107 % artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12 600 nəfər bu proqrama cəlb olunub./sonxeber.az

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin