Peyvənd vurulan vətəndaşların sayı AÇIQLANDI-RƏSMİ

0
6
Azərbaycanda 65 yaşdan yuxarı 75 762 nəfərə birinci doz vaksin, 1312 nəfərə isə II doz vaksin vurulub.
KAİM.az xəbər verir ki, bu barədə Sfera.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
O bildirib ki, 50-64 yaşlarında olan vətəndaşlardan 90 950 nəfərə I doz vaksin, 14 638 nəfərə II doz vaksin vurulub.
Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş I doz, 35 mindən artıq vətəndaş isə II doz peyvəndi qəbul edib.
KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin