Ölkədə yeni doğulan körpələrin sayı azalıb, ÖLÜM HALI ARTIB

0
6

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20 min 984 yeni doğulan körpə qeydə alınıb.

KAİM.az Oxu.Az-a istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edir.

İlin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337 nəfər, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 2 416 nəfər azdır.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13 min 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Ölkə üzrə 2021-ci ilin yanvar-fevral aylarındakı ölüm halı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 122 və 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 3 090 nəfər çoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin