DİQQƏT! Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

0
4

Paytaxtın İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tennis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaratmışdır.

KAİM.az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumatda bildirilir ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşğıda qeyd olunan qaydada təşkil edilib.

6, 88 və 88 A nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.

88 nömrəli müntəzəm marşrut “Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin