Devalvasiya olarsa, zərər görməmək üçün: Pulumuzu necə saxlayaq? – BİZİM TÖVSİYƏ

Son günlər sosial şəbəkələrdə və yerli mediada manatın devalvasiyası ilə bağlı fikirlər müzakirə mövzusu olub.

Milli Bankın son hesabatında və iqtisadçıların çıxışında bu barədə məlumatlara rast gəlirik. Bu kimi xəbərlərin yayılması vəsaitlərini banklara əmanət edən və ya üvdə saxlayan vətəndaşlarda müəyyən sualların yaranmasına səbəb olub.

Vətəndaşlar yığım üçün hansı valyutanı seçməlidir- dollar, manat, yoxsa avro?

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkədə manatın məzənnəsi və devalvasiya hazırda iqtisadi məsələlərlə bağlı deyil:

“Hökumətin apardığı siyasət manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirib.

Ona görə də məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Deyə bilərəm ki, hazırda bir sıra iqtisadi faktorlar da devalvasiyanın obyektiv reallıq olduğunu göstərir. Lakin işin içində siyasi qərarlar olduğundan hökümətin hansı yolu tutacağını, məsələlərə hansı baxış bucağından yanaşacağını demək çox çətindir.”

O bildirib ki, karantin dövründə devalvasiyanın olacağı müzakirə olunmur:

“Hazırda iqtisadiyyatda müəyyən qədər geriləmələr var, ona görə də, bu çətin günlərdə belə məsələlərə gediləcəyini düşünmürəm. Ancaq gələcəkdə devalvasiyanın baş verəcəyi də istisna deyil”.

Ekspert vəsaitlərini xarici valyutalarda saxlamağı düşünən vətəndaşlara da tövsiyələr verib:

“Vətəndaşlar “valyuta səbəti” üsulundan istifadə edə bilərlər. Əllərində olan vəsaitin yarısını dollar, digər bir qismini isə avro şəklində saxlamaqları daha doğrudur. Çünki bir valyutanın dəyəri düşəndə o birinin dəyəri qalxır və bununla müəyyən qədər balans qazanmış olurlar. Gündəlik xərcləri isə manat olaraq saxlamaq daha məqsədəuyğundur”.

Mövzu ilə bağlı müraciət etdiyimiz digər iqtisadçı ekspert Azər Mehtiyev bildirib ki, ciddi siyasi hadisələr baş verməzsə, devalvasiya ilə bağlı qərar gözlənilmir:

“Hər şey ilk növbədə pulu hansı müddətdə saxlamaq istəyindən irəli gəlir. Əgər vətəndaşlar pullarını qısamüddətli saxlamaq istəyirsə, pulun manatda olmasının da heç bir təhlükəsi yoxdur. Uzunmüddətli dövr üçün pulu ilk növbədə etibarlı banklarda saxlamaq, həm də məbləğindən asılı olaraq, bir neçə valyutada (həm manat, həm dollar, həm də avroda) saxlamaq daha uyğundur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin