Azərbaycanda bir sutkada 29 nəfər koronavirusdan ÖLDÜ – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 287 144 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib, aktiv xəstə sayı 31 440 nəfərdir.

Ölkədə son sutka ərzində 7 687, hazırkı dövrədək isə 3 026 132 test aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin