Azərbaycanda bir gündə 36 nəfər koronavirusdan öldü – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 294 211 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32 224 nəfərdir.

Ölkədə son sutka ərzində 14 207, hazırkı dövrədək isə 3 068 679 test aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin