COVID-19-a qarşı peyvənd olunmuş yeniyetmələrə tövsiyələr verildi

Yeniyetmələr də böyüklər kimi COVID-19-a qarşı peyvənd olunduqdan sonra bir neçə gün ağır fiziki fəaliyyətdən çəkinməlidirlər.

Haqlı.az xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq koronavirusa qarşı peyvənd olunmuş yeniyetmələrə tövsiyələrində bildirib.

“Özünüzə rəhm edin və immunitet sisteminə bir az daha çox enerji verin. Daha çox istirahət edin”, – deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə peyvəndi vurula biləcəyi barədə qərar qəbul edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin