TikTok daha bir ölkədə qadağan EDİLİR-MƏHKƏMƏ

0
6

Pakistan məhkəmə qərarından sonra TikTok sosial şəbəkəsini blok edir.

KAİM.az xəbər verir kİ, bu barədə ölkənin telkommunikasiya tənzimləyicisinin sözçüsü Hürrəm Mehran bildirib.

“Məhkəmə Pakistan Telekommunikasiya İdarəsindən TikTok-a girişin bağlanmasını istədi”, – deyə Mehran açıqlamasında deyib.

Bu qərar istifadəçilərdən birinin sosial şəbəkənin ədəbsizliyi təbliğ etməsi ilə bağlı şikayətindən sonra qəbul edilib. TikTok-un Pakistandakı rəsmisi təmsil olunduğu şirkətin daha sonra açıqlama verəcəyini deyib.

Xatırladaq ki, TikTok Pakistanda hələ ötən ilin oktyabrından qadağan edilsə də, daha sonra bu qərar ləğv olunmuşdu. Adıçəkilən sosial şəbəkə Pakistanda “WhatsApp” və “Facebook”dan sonra ən çox istifadə olunan tətbiqetmədir. qafqazinfo

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin