Rusiyada Azərbaycana dəstək verən jurnalist həbs edilir

0
4

Rusiyanın Tatarıstan bölgəsində nəşr olunan “Türk Toplantısı” qəzetinin müəlliflərindən biri Nail Nabiullin, Azərbaycanı Qarabağ müharibəsində dəstəklədiyi üçün məhkəməyə verilib.

KAİM.az xarici mətbuata istinadən xəbər verir ki, Tatar jurnalist Azərbaycan xalqına dəstəyini göstərmək üçün “Ürəyimiz Azərbaycanla” başlıqlı yazı hazırlayıb.

Jurnalistin xəbəri ölkədə Qazan şəhərində səs-küyə səbəb olub.

Qazan şəhərinin baş prokurorluğu jurnalistlə əlaqə quraraq ona qarşı istintaq başladıldığını söyləyib.
Jurnalist ona qarşı açılan işə görə Tatarıstan Mədəniyyət Nazirliyinin qarşısında bir nəfərlik etiraz edib.

KAİM.az
Şəbnəm Zahir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin