DİQQƏT! Bu telefonlarda “WhatsApp” İŞLƏMƏYƏCƏK

0
5

“WhatsApp” messenceri köhnə “iPhone” modellərində işləməyəcək.

KAİM.az xəbər verir ki, dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb.

Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. “WhatsApp”ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.

Hazırda messencerin “iPhone” üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.

Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən “WhatsApp” messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin