Zamirə Hacıyevanın başı dərddə: Londona daşıdığı sərvətin mənbəyini açıqlamalıdır…

İngiltərə və Uels Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının onun əmlakına həbs qoyan Britaniyanın hakimiyyət orqanlarının qərarından verdiyi apellyasiya şikayətini rədd edib.
Bu barədə “Sky News” telekanalı xəbər verib.
Məlumata görə, Zamirə Hacıyevə prestijli Naytsbricdə ev almaq üçün pulun mənşəyini izah etməsini tələb edən orderə qarşı çıxmaq üçün əlindəki bütün imkanlarını itirib.
Zamirə Hacıyeva 2018-ci ilin fevralında Böyük Britaniyanın “Qeyri-müəyyən mənbəyə malik sərvətə görə order” (UWO) adlı yeni hüquqi mexanizmin tətbiq edildiyi ilk sakini olub. Onunla bağlı ümumilikdə iki order verilib: qadından onun özünün və ərinin 11,5 milyon funt sterlinq (15 milyon ABŞ dolları) məbləğində ev, hər il məşhur at yarışlarının keçirildiyi Berkşir qraflığının yaxınlığındakı Askot şəhərində 10,5 milyon funt sterlinq (13,5 milyon ABŞ dolları) qolf klubu almaq üçün vəsaiti necə əldə etmələrinin izahı tələb olunub. İstintaq sənədlərində Hacıyevanın son 10 ildə Londonun Harrods univermağında lüks mallar üçün 16 milyon funt (21 milyon ABŞ dolları) xərclədiyi də göstərilir.
“Bu hadisə UWO-ya aid başqa işlərin müzakirəsi zamanı faydalı presedent olacaq. Xanım Hacıyevanın daha qanuni orderə etiraz etmək üsulları qalmadı”, – Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin (NCA) rəhbəri Qrem Biqqar bildirib. “İndi bizə bu aktivlərə aid olan lazımi informasiyanı verməyə məcbur ediləcək”, – Biqqar əlavə edib.
Qeyd edək ki, fevralda London məhkəməsi Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb. Hələ 2018-ci ildə müvafiq ittihamın irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzub.
Hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin diqqətindən yayınmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin