Yeni “SÜLHMƏRAMLI İŞĞALI”- Moskva Ukraynaya ordusunu göndərməyə HAZIRDIR

Rusiya Donbassa “sülhməramlılarını” göndərmək məqsədilə təxribat hazırlayır.

KAİM.az xəbər verir ki, Ukrayanın işğal olunmuş ərazilər üzrə nümayəndəsi Sergey Qarmaş öz facebook səhifəsində yazdığı statusda bunu bəyan edib.

Onun sözlərinə görə, Fransa və Almaniya Donbass problemini həll etmək üçün “yol xəritəsi” hazırlayıb. Bu isə Kremli qane etmir və Moskva işğal etdiyi ərazilərdə hərbi baza yaratmaq istəyir. Bunun üçün də qəsdən təxribatlar yaradır.

“Təxribatın və sülhməramlıların yeridilməsinin məqsədi Donbasda yeni reallıq yaratmaqdır ki, bu da Rusiyaya sərf etməyən alman – fransız “yol xəritələrini aktuallığını itirməsinə və Abxaziya nümunəsinə dair problemin konservasiyasına imkan verəcək”,- Qarmaş belə düşünür.

Qeyd edək ki, bazar ertəsi günü tanınmamış Donetsk və Luqanski “respublikası” sərhədlərində Ukrayna ordusu ilə separatçılar arasında döyüşlər baş vermiş, xeyli əsgər ölümləri ilə bağlı xəbərlər yayılmışdı. Qarmaşın sözlərindən belə anlaşılır ki, hadisəni Rusiya törədib və məqsədi bundan istifadə edib öz “sülhməramlılarını” bölgəyə yerləşdirməkdir.

Ukraynanın işğal edilmiş ərazilərinin Minks qrupunun həmsədrləri Rusiya, Fransa və Almaniyadır. Kiyev Rusiyanın qrupa vasitəçi kimi salınması ilə razılaşmır, onun münaqişə tərəfi olduğunu irəli sürür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin