Xəritə oyunu son deyil – YENİ TƏXRİBATLAR VƏ KREML

0
4

“Azərbaycanın sərt üzünü göstərməsi Moskvanı əvvəlki davranışını dəyişdirməyə vadar edib”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Qarabağda sülhməramlıların olduğu ərazi ilə əyişdirməyə vadar edib”.bağlı xəritəyə düzəliş edərək, iki kəndi Azərbaycana qaytarması məsələsinə toxunarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğu deyib:

“Qarabağda sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş verilməsi özbaşına verilən qərar deyil. Sülhməramlılar xəritə hazırlamq kimi səlahiyyətlərə malik deyil. Xəritədəki əvvəlki, köhnə qeydlər ola bilsin, Kremldən gələn təlimat əsasında baş tutub.

Görünür, Azərbaycan tərəfinin sərt üzünü göstərməsi Moskvanı sonda əvvəlki davranışını dəyişdirməyə vadar edib. Əks təqdirdə, vəziyyət gərginləşə bilərdi. Kremldə anlayıblar ki, əks halda Azərbaycanın münasibəti dəyişə bilər və Dağlıq Qarabağ bölgəsində Rusiyanın mövqeləri zəifləyər. Məhz buna görə də sonda Rusiya tərəfi geri addım atmalı olub”.

Politoloq düşünür ki, bu olay Azərbaycana dərs olmalıdır:

“Başqa təxribatlarla da üzləşə bilərik. Sülhməramlılar sanki separatçılara dəstək verir. Yenə də sülhməramlıların komandanı Araik Arutunyanla şəkil paylaşır. Bu kimi təxribat halları ilə gələcəkdə də üzləşə bilərik. Ona görə də belə məsələlərdə son dərəcədə diqqətli olmalıyıq. Rusiya ilə bir qədər də sərt dildə danışmalıyıq ki, belə təxribatlar bir daha təkrarlanmasın.Vəziyyətdən çıxış yolu kimi Türkiyə hərbçilərinin Qarabağda yerləşməsini təmin etməliyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin