VƏZİYYƏT GƏRGİNLƏŞİR! Kiyevdə Putinin yaxın adamı HƏBS EDİLİR

0
3

Ukrayna Dövlət Təhqiqatlar Bürosu Müxalifət Platforması – Həyat üçün Partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuk və həmin partiyadan olan deputat Taras Kozaka qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açıb.

KAİM.az xəbər verir ki, bu məlumatı Avropa Həmrəyliyi Partiyasının deputatı Aleksey Qonçarenko paylaşıb.

Qeyd edək ki, rusiyayönlü Medvedçuka qarşı bundan öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən sanksiya tətbiq edilib. Üstəlik, Medvedçukun yaxın adamı olan Kozakın əlindən isə demək olar ki, bütün televiziyaları alınıb.Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır./axar.az/

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin