Türkiyə və Rusiya buna görə birləşib… – Ayrapetov

0
3

Türkiyənin fərqli bir tarixi təcrübəsi mövcuddur.

KAİM.az xəbər verir ki, bunu rus tarixçi Oleq Ayrapetov ABŞ-ın “Stratfor” analitik şirkətinin Türkiyə ilə bağlı hazırladığı xəritə haqqında danışarkən deyib.

O bildirib ki, Türkiyə Qarabağdakı zəfərdə arxa planda yer aldı və müharibənin gedişatını dəyişdirmək gücünə sahib idi.

Tarixçinin sözlərinə görə, Rusiya və Türkiyə böyük mənfəətlər ətrafında birləşib:

“Buna misal olaraq “Cənub axını”nın inşasını, nüvə enerji sahəsindəki əməkdaşlığı göstərmək olar”.

O.Ayrapetov qeyd edib ki, Polşa və Ukrayna Türkiyəni cəbhə xəttinin cənub qanadına çəkmək istəyir:

“Əgər Türkiyə, Ukrayna və Polşa koordinasiyalı şəkildə hərəkətə keçərsə, onda bu, Rusiya üçün yaxşı olmaz. Güclü bir qruplaşma yarada bilərlər”. axar.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin