SON DƏQİQƏ! Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən ÇIXARILDI

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

KAİM.az xəbər verir ki, bu barədə “Report”a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin