Rusiya ABŞ-ı dost olmayan ölkələr siyahısına saldı

Rusiya dost olmayan ölkələrin siyahısını hazırlamaq üçün işə başlayıb.

KAİM.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ı dost olmayan ölkələr siyahısına salıb.

“Bildiyiniz kimi, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin bir fərmanı dərc olundu. Bu sənəddə onsuz da mövcud olan federal qanunların tətbiqi üçün bir sıra tədbirlər var. Buna görə indi dost olmadığı elan edilən dövlətlər, diplomatik və konsulluq nümayəndəlikləri Rusiya Federasiyası vətəndaşları arasından işçilər cəlb edə bilməz. Müvafiq fərmanın icrasını təmin etmək üçün indi hökumət adından fərmanın çıxarılmasını gözləyirik. Bəs bu dost olmayan dövlətlər kimlərdir? İndi siyahı hazırlanır. Anladığımız kimi, bütün bunlar ABŞ-ın dost olmayan hərəkətləri ilə başladı. Əlbəttə ki, siyahıda artıq ABŞ var”. / metbuat.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin