Niyə məhz 10 dekabr? – İlham Əliyev Qələbə paradı ilə dünyaya hansı mesajı verdi?

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq 44 günlük ildırımsürətli müharibədə Ermənistanı məğlub edərək işğal altındakı ərazilərini azad etməsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində də mühüm səhifədir.

Qeyd edək ki, 30 ilə yaxın bir müddət ərzində davam edən və 2020-ci ilin sentyabr ayında daha da şiddətli müharibə fazasına keçən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının üçtərəfli iştirakı ilə imzalanan tarixi bəyanatla sona yetdi. Nəticədə müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycan ordusunun bu şanlı qələbəsi hətta dünyanın supergüc dövlətlərinin hərbi dairələri tərəfindən heyrətlə qarşılandı və İkinci Qarabağ müharibəsindən dərslər çıxarılmasının vacibliyi haqda mülahizələr populyarlaşmağa başladı. Bu gün isə Azərbaycan şanlı Qələbəsini bayram edir. Bakının “Azadlıq” meydanında baş tutan Qələbə paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyil, bu həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişidir. Hərbi paradın 10 dekabr tarixinə təyin olunması isə beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi dəyərləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin hərbi paradı məhz

10 dekabr tarixinə salması düşünülmüş addım idi. Maraqlıdır, bəs 10 dekabr tarixinin üzərində dayanılmasının səbəbi nədir? Qeyd edək ki, 30 ilə yaxın bir müddət ərzində davam edən və 2020-ci ilin sentyabr ayında daha da şiddətli müharibə fazasına keçən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının üçtərəfli iştirakı ilə imzalanan tarixi bəyanatla sona yetdi. Nəticədə müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

, 10 dekabr tarixi 1991-ci ildə Dağlıq Qarabağda elan edilmiş, Azərbaycanın 2020-ci il qələbəsindən sonra isə tarixin arxivinə göndərilmiş qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. Belə ki, 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağda qondarma respublikanın müstəqilliyinə dair referendum keçirilib. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi referendumda ermənilər müstəqilliyə “səs veriblər” Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj vermiş oldu – Qarabağ Azərbaycandır və bu, həmişə belə qalacaq! İndi – dekabrın 10-da Bakının “Azadlıq” meydanında keçirilən Zəfər paradının təmtəraq və atəşfəşanlığı Yerevana acı məğlubiyətini bir daha və daha dərindən xatırladır. Azərbaycan xalqı, dövləti və ordusu isə müharibədə təkcə işğal altındakı Qarabağı yox, həm də 10 dekabr tarixini azad etdi. 10 dekabr günümüz və Qələbəmiz mübarək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin