NATO-da komandanlıq Polşadan alınaraq TÜRKİYƏYƏ VERİLDİ

NATO daxilində “Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi” nin komandanlığı Polşadan Türkiyəyə ötürülüb.

KAİM.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.

Bildirilir ki, 1 yanvar 2021-ci ildə başlayacaq missiya bir il davam edəcək.

Türkiyənin logistik və sursat planlamasında ən yüksək vahidlərdən biri olan xüsusi güc qrupu üçün NATO daxilində hərəkət etmə qabiliyyəti, əhəmiyyətli investisiyalara ehtiyac olduğu vurğulanıb.

Ən son zirehli texnika, tank əleyhinə raketlər və haubitsaların da ayrıldığı bildirilir.

Sözügedən birlik NATO müttəfiqlərini hər hansı bir təhdiddən qorumaq üçün sürətli hərəkət etməyə hazırdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin