Ekspert: Qərb Rusiya ilə müharibədə Ukraynaya belə KÖMƏK OLACAQ-AÇIQLAMA

Tense relations between Russia and the United States. Concept of conflict

Rusiya ilə müharibə olacağı təqdirdə Qərb kiberhücumlarla Ukraynaya dəstək göstərə bilər.

KAİM.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Jilin deyib.A.Jilinin sözlərinə görə, ABŞ-da kiberhücumlar üçün xüsusi bölmələr yaradılıb.

O, belə bir hücumun olacağı təqdirdə Rusiyanın bir neçə böyük şəhərinin enerjisiz qala biləcəyini söyləyib: “Bu, kollapsa səbəb olacaq. Qərb öz əsgərlərinin həyatını riskə ataraq Ukraynaya kömək üçün ordu göndərməyəcək”.

Qeyd edək ki, bundan öncə də “Nyu York Tayms” nəşri ABŞ-ın 3 həftəyə Rusiya sistemlərinə kiberhücum edəcəyini iddia etmişdi./axar.az/

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin